Gədəbəydə "Shacman" minik avtomobili ilə toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə Gədəbəy rayonun, Qaradağ kənd ərazisində qeydə alınıb.
Minik avtomobilinin və yük maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.