SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Masallıda 2 yaşlı körpə babası ilə birgə yanaraq ölüb - FOTO

Masallıda 2 yaşlı körpə babası ilə birgə yanaraq ölüb - FOTO

Masallı

Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın faciə ilə nəticələnib. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50 kv.m olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Cəmallədin Həsənağa oğlu Abdullayevin və 2024-ci il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyitləri aşkar edilib.

Hadisə ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerində olmuş və vəziyyətlə yerində tanış olublar.

Hazırda baş vermiş yanğının səbəbləri və digər təfərrüatlar araşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları