Ağdam rayonunda ətriyyat mağazasında satıcı işləyən qadına kəsici alətlə xəsarət yetirilib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.