“P-Aqro” aqronomu qəfil ürəktutmasından avtomobil sürərkən ölüb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Niva” markalı avtomobilin sürücüsü 1960-ci il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə avtomobil kanala düşüb.
İlkin məlumata görə, Ə.Əliyev sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum pambıqçılıq sahəsində fəaliyyət göstərən “P-Aqro” şirkətində aqronom vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu ilin əvvəlində Sabirabad rayonundan olan bir qrup fermer “P-Aqro” MMC-yə satdıqları pambığın pulunu ala bilmədikləri ilə bağlı şikayətləri gündəmə gəlmişdi.