SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Sumqayıtda Sky Parkın binası küləkdən söküldü -

Sumqayıtda "Sky Park"ın binası küləkdən söküldü -

  • 29 iyul 2026, 20:43
Sumqayıt

Sumqayıtın Əzizbəyov küçəsində, 15-20-ci məhəllələrin yanında inşa edilən yeni, çoxmərtəbəli binalar birbaşa sakinlərin həyatına risk yaradır.

Yurd.Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, məlumata görə, hündürlüyü ilə diqqət çəkən bu yeni binalar, ərazidəki köhnə tikililərin, xüsusilə 1-2 mərtəbəli yaşayış binalarının üzbəüzündə ucaldılıb.

Narazı sakinlər bildirirlər ki, binanın tikintisi yenidir və oradakı adamların evləri sökülərək belə bir bina tikilib. Lakin ötən günlərdə baş verən güclü külək səbəbindən binanın mərtəbələri uçub və ikimərtəbəli binaların qarşısına tökülüb. Bu keyfiyyətsiz evlər "Sky Park" MMC şirkəti tərəfindən inşa edilir və vəziyyət getdikcə təhlükəli hal alır.

Ərazidə yaşayan sakinlər adından çıxış edən narazı vətənda açıq şəkildə şəhər rəhbərliyinə müraciət edərək problemin dərhal həll olunmasını tələb edirlər. Sakinlər bildirirlər: "Mən buradan üzümü şəhərin başçısı Zakir Fərəcova tutub deyirəm: Zakir müəllim, bu binalar bizim üçün təhlükə yaradır! Təhlükənin aradan qaldırılması üçün mütləq tədbir görün. Binaların tikən sahibləri sakinləri təhqir edib hadisə yerindən qovublar..."

Sakinlərin sözlərinə görə, bu binalar onlar üçün real təhlükə yaradır və bu təhlükənin aradan qaldırılması üçün mütləq tədbir görülməlidir.

Qeyd edək ki, binanı tikən "Sky Park" MMC-nin nümayəndələri isə sakinləri təhqir edərək hadisə yerindən qovublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları