SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
İntensiv yağış Abşeronda təzə asfaltı da çökdürdü

İntensiv yağış Abşeronda təzə asfaltı da çökdürdü

  • 01 aprel 2026, 17:28
Abşeron

Bakıya yağan intensiv yağışların daha bir fəsadı ortaya çıxıb.

Yurd.Media xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb.

Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.

Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum müvafiq addımlar atır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları