Gəncədə kirayəyə verilən mənzil yanaraq külə dönüb.
Yurd.Media xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli taxta konstruksiyalı yaşayış binasında olan mənzillərin birində yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində mənzilin 40 kvadratmetrlik sahəsi və içərisində olan əşyaları yanıb.
Qeyd edək ki, hadisə zamanı bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.