SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Cəlilabadda ahıl kişi yanaraq öldü

Cəlilabadda ahıl kişi yanaraq öldü

  • 02 aprel 2026, 12:46
Cəlilabad

Cəlilabad rayonunun Maşlıq kəndində ahıl kişi evdə yanaraq ölüb.

Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb.

Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları