Gəncədə idarəetmədən çıxan avtomobil mağazaya çırpılıb
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi ilə Nizami Gəncəvi prosspektinin kəsişməsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olun "Lada" markalı avtomobil idarəetmədən çıxaraq həmin ünvanda yerləşən cehizlik mallar satışı olan mağazaya çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasada mağaza sahibinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.