SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qəbələdə dağdan yıxılan 50 yaşlı kişi belə xilas edildi - VİDEO

Qəbələdə dağdan yıxılan 50 yaşlı kişi belə xilas edildi - VİDEO

  • 24 mart 2026, 23:41
Qəbələ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəbələdə dağdan yıxılan 50 yaşlı kişi belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları