SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Qəbələdə ağacları külək aşırıb, evlərə zərər dəyib

Qəbələdə ağacları külək aşırıb, evlərə zərər dəyib

  • 30 may 2026, 19:21
Qəbələ

Təbii fəlakət nəticəsində Qəbələ rayonu ərazisində çox sayda ağacları külək aşırıb, evlərə və yardımçı tikililərə zərər vurub.

Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasından Yurd.Media-ya bildirilib ki, leysan yağışları və küləkli hava Qəbələ və kəndlərdə bır sıra ciddi fəsadlar törədib. Güclü külək və yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti Qəbələ şəhərində, eləcə də Vəndam qəsəbəsi, Nohurqışlaq, Girvə, Zarağan və Aydınqışlaq kəndlərində dağıntı və ziyana səbəb olub. Anidən başlayan külək ağacların yıxılmasına, elektrik naqillərinin qırılmasına səbəb olub, şəhərdə və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək Qaradok (keçmiş hərbi şəhərcik-red) adlanan ərazidə 20-dən artıq ağacın aşmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Nohurqışlaq kəndində yerləşən istirahət mərkəzinə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Nəticədə evlərin və yardımçı tikililərin dam örtüyü tamamilə yararsız hala düşüb.

Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı ilə hazırda rayonun yerli icra və bələdiyyə orqanlarının, habelə əksər idarə və təşkilatlarının canlı qüvvəsi, maşın və texnikaları təbii fəlakətin aradan qaldırılması istiqamətində iş aparır. Komissiyadan bildirilib ki, rayonda elektrik enerjisinin verilməsi 80 faiz təmin olunub. Qalan digər ərazilərə elektrik enerjisinin verilməsi istiqamətində işlər davam etdirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hazırda şəhər ərazisinə, həmçinin qəsəbə və kəndlərdə ziyan dəymiş hər bir təsərrüfata baxış keçirir, qiymətləndirmə aparırlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları