Qazaxda avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Minik avtomobilinin maneə çırpılıbması nəticəsində, 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev onun yaşıdı Ə.Süleymanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.