Şabran rayonunun Uzunboyad kəndi ərazisində qatar yük maşını daşıyan evakuatora çırpıldı.
Yurd.Media xəbər verir ki, toqquşma nəticəsində sürücü yaralanıb, vəziyyəti ağır olduğundan Bakıya aparılıb.
Hadisə Sarvan dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.