Qaradağ rayonu, Sahil qəsəbəsində təmir işləri aparan şəxs dam örtüyündən yıxılaraq ölüb.
Yurd.Media xəbər verir ki, ölüm hadisəsi Gilan Kərpic Zavodunda baş verib.
Xatırladaq ki, kəpric zavodunda təmir işləri aparan Əfqan Babayev adlı şəxsin dam örtüyündən yıxılaraq ölüb.
Gilan Kərpic Zavodundan "Qaynarinfo"ya bu iddianı təsdiqləyiblər.
Gilan Kərpic Zavodu 2016-cı ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Zavodun rəhbəri İbrahimov Rəhman Faiq oğludur.
Zavod əvvəllər Qaradağ Kərpic Zavodu adı ilə fəaliyyət göstərib.
Zavodun rəhbəri Rəhman İbrahimova gəlincə, onun adı, soyadı və atasının adı 2016-cı ildə avtoxuliqanlıqla gündəmə gələn və mediada "Zadnıy Rəhman" kimi təqdim edilən İbrahimov Rəhman Faiq oğlunun adı, soyadı və atasının adı ilə üst-üstə düşür.
Bəzi məlumatlara görə, zavodun rəhbəri ilə avtoxuliqanlıqla gündəmə gələn "Zadnıy Rəhman” eyni şəxsdir. Lakin bunu zavoddan dəqiqləşdirmək mümkün olmayıb.