İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşların borcun ödənilməsi ilə bağlı daha bir neçə iddia üzrə məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə qarşı iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsinə təqdim olunub.
Xidmət abunəçilərinin yaranmış borcun ödənilməsi ilə bağlı 10-dan çox iddia qaldırıb. Artıq bununla bağlı bir çox iddialar üzrə məhkəmə qətnaməsi çıxarılıb.
Belə ki, məhkəməyə təqdim olunan ayrı-ayrı şikayətlərdə cavahdehlərdən borcun ödənilməsi tələb olunub.
Qurumun şikayəti əsasında müxtəlif vətəndaşlardan 440 manatdan 2617 manatadək vəsaitin tutulması barədə qətnamələr çıxarılıb.