SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Xəzərdə balıqçılar itkin düşdü

Xəzərdə balıqçılar itkin düşdü

  • 10 dekabr 2025, 11:03
Astara

Xəzərdə balıqçılar itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Balıqçı olan şəxslərin ötən gecə axşam saatlarında dənizdə itkin düşdüyü bildirilir.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları