SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Masazırda BMW alışıb: 1 ölü, 2 yaralı var - VİDEO

Masazırda "BMW" alışıb: 1 ölü, 2 yaralı var - VİDEO

  • 08 dekabr 2025, 09:53
Abşeron

Masazırda "Hyundai" ilə toqquşan "BMW" alışıb, 1 nəfər ölüb, 2 nəfər yaralıdır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı BMW və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın qısa müddətdə söndürülüb.

Digər avtomobil yanğından mühafizə olunub.

Avtomobilin yandığı görüntülərini təqdim edirik:

Prime Leasing
SPE Annual Caspian