SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Dalğıclar Ağ Şəhər Bulvarında dənizə düşən şəxsi xilas edib

Dalğıclar Ağ Şəhər Bulvarında dənizə düşən şəxsi xilas edib

  • 08 dekabr 2025, 08:41
Bakı

Bakının Ağ Şəhər Bulvarında dənizə düşən 32 yaşlı şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing
SPE Annual Caspian