SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Oğuzda yük maşını motosikletlə toqquşub, ölən var

Oğuzda yük maşını motosikletlə toqquşub, ölən var

  • 13 may 2025, 11:40
Oğuz

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media Report-a istinadən xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Söhbət oğlu Qarayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.