SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Oğuzda bir ailənin üç üzvü avtomobil qəzasında yaralanıb

Oğuzda bir ailənin üç üzvü avtomobil qəzasında yaralanıb

  • 04 yanvar 2026, 21:48
Oğuz

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Bucaq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və azyaşlı övladları müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları