Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb

Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb

  • 03 may 2025, 09:17
Oğuz

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Sürücü isə aldığı xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.