Oğuz rayonunda ata oğlunu bıçaqlayıb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində baş verib.
Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib.
Zaur Məmmədov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.