Oğuzda 43 yaşlı kişini vurub qaçan avtomobil axtarışa verilib
Yurd.Media xəbər verir ki, rayon ərazisində piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Qəza zamanı ölən piyada rayonun Baş Daşağıl kənd sakini 43 yaşlı Sadəddin Bahadur oğlu Abdulhəmidovdur.
Əldə olunan məlumata görə, S. Abdulhəmidov yolu keçmək istəyən zaman hələki istintaqa nəməlum avtomobil tərəfindən vurulub. Hadisədən sonra sürücü idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.