Gəncədən Gədəbəyə gedən müəllimlərin olduğu mikroavtobus aşıb.
Yurd.Media xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində baş verib.
Minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.