SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Mingəçevirdə 54 yaşlı kişi evdəki yanğından ölüb

Mingəçevirdə 54 yaşlı kişi evdəki yanğından ölüb

  • 18 yanvar 2026, 15:43
Mingəçevir

Mingəçevirdə fərdi təsərrüfatda baş verən yanğın zamanı xəsarət alan şəxs vəfat edib.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1971-ci il təvəllüdlü İlqar Rüstəmova məxsus evdə elektrik qızdırıcısının aşması nəticəsində yanğın baş verib.

Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları