Mingəçevirdə 71 yaşlı piyadanı avtomobil vurub.
Yurd.Media xəbər verir ki, Mingəçevir şəhərində yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü E.Salmanlını "Toyota" markalı avtomobil vurub.
Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.