SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Mingəçevir sakini arvadını bıçaqlayıb

Mingəçevir sakini arvadını bıçaqlayıb

  • 23 fevral 2026, 18:48
Mingəçevir

Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 

Yurd.Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə,  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları