Mingəçevir-Goranboy avtomobil yolunda mikroavtobus aşıb.
Yurd.Media xəbər verir ki, Mingəçevir şəhər sakini, 1995-ci il təvəllüdlü Ş.Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusun yol kənraına aşması nəticəsində sürücü və mikroavtobusda olan daha 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ümumi mikroavtobusda 28 nəfər olub və onlardan 22 nəfərinə xəstəxanada yardım göstərilib. Qəzaya düşənlər Şəmkirə, istixanada çalışmağa gedən işçilər olub.
Zərərçəkənlərdən 21 nəfəri Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına sürücü isə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan 1 nəfərin vəziyyəti orta-ağır, digərlərinin durumu isə kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.