Masallı rayonunda ağır yol qəzası olub.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.
Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildə olan sərnişin Elvin İbrahimov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.