Lənkəranda həyətdə kişi meyiti aşkarlanıb.
Yurd.Media xəbər verir ki, meyit rayonun Qumbaşı kəndi ərazisində tapılıb.
Belə ki, kənd sakini 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı həyətdə aşkar edilib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.