SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kəlbəcərdə minaya düşən hərbçilərimizin vəziyyəti açıqlandı

Kəlbəcərdə minaya düşən hərbçilərimizin vəziyyəti açıqlandı

  • 06 avqust 2025, 11:29
Kəlbəcər

Avqustun 5-i saat 19:05-də Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət alan hərbçilərimizin son vəziyyətləri açıqlanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing