SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ölkədə 1 həftədə 250-yə qədər yanğın oldu

Ölkədə 1 həftədə 250-yə qədər yanğın oldu

  • 09 mart 2026, 15:47

Ötən həftə 249 yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları