Göygöl rayonunda "Hundai" markalı avtomobil Daşkəsən rayon sakini, 1987-ci il təvəllüdlü N.Ələsgərovu vurub.
Yurd.Media xəbər verir ki, ağır xəsarətlər alan piyada Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edək ki, həmin piyadanı vurmaqdan yayınan yük maşının sürücüsü də qəza törədib. Belə ki, "Kamaz" markalı yük maşını idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.