SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şadlıq sarayında nöqsanlar: Qapısına möhür vuruldu - VİDEO

Şadlıq sarayında nöqsanlar: Qapısına möhür vuruldu - VİDEO

  • 10 mart 2026, 17:24
Xaçmaz

İnsan həyatına təhlükə yaradan şadlıq sarayının qapısına möhür vuruldu.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının fəaliyyətini dayandırıb.

Bildirilib ki, şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Şadlıq sarayında nöqsanlar: Qapısına möhür vuruldu - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları