SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bayram tonqalı ilə bağlı əhaliyə xəbərdarlıq edildi - VİDEO

Bayram tonqalı ilə bağlı əhaliyə xəbərdarlıq edildi - VİDEO

  • 10 mart 2026, 11:26

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.

Belə ki, ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bayram tonqalı ilə bağlı əhaliyə xəbərdarlıq edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları