SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Xızı dağlarında köməksiz qalan xaricilər belə xilas edildi - VİDEO

Xızı dağlarında köməksiz qalan xaricilər belə xilas edildi - VİDEO

  • 09 mart 2026, 21:02
Xızı

Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazdə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu "Toyota Prado" markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Xızı dağlarında köməksiz qalan xaricilər belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları