Beyləqanda itkin düşən qadının meyitinin bir hissəsi vəhşi heyvanlar tərəfindən parçalanıb.
Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən ay Beyləqan rayonunun Qaradağlı kəndində itkin düşən qadının qalıqları tapılıb.
İtkin düşmüş şəxs kimi axtarılan Şücaət Müslüm qızı İsmayılovanın meyiti kolluq ərazidə aşkar edilib.
Əqli qüsurlu olan qadının hadisədən əvvəl yıxılaraq xəsarət aldığı və köməksiz qaldığı, orada öldüyü ehtimal edilir.
Qeyd edək ki, hadisədən sonra Ş.İsmayılovanın yaxınları Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq kömək istəmişdilər.