SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
İsmayıllıda iş adamının hotellə birgə 5 obyekti müsadirə olundu

İsmayıllıda iş adamının hotellə birgə 5 obyekti müsadirə olundu

  • 20 dekabr 2025, 17:17
İsmayıllı

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları