SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var - SİYAHI

Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var - SİYAHI

  • 07 aprel 2026, 20:21
Göygöl

Göygöldə avtomobillər toqquşub.

Yurd.Media xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. 

"Chevrolet" və "VAZ-21021" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanlar 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2005-ci il təvəllüdlü A.Rüstəmov, 1984-cü il təvəllüdlü K.Nəcəfovdur.

Zərərçəkənlər Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları