Göygöldə avtomobil qəzası olub.
Yurd.Media xəbər verir ki, Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində başvermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər hadisə yerinə cəlb olunan təcili tibbi yardım biriqadası vasitəsilə Göygöl Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.