Goranboyda kişi boşandığı qadını qətlə yetirib, qayınanasını avtomobilə vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, rayonun Veyisli kəndində 2003-cü il təvəllüdlü Sevinc Məmmədova və onun anası 1972-ci il təvəllüdlü Nutella Duyenka qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə S.Məmmədovanın keçmiş həyat yoldaşı- 1992-ci il təvəllüdlü Rövşən Məmmədovdur.
O, daha sonra boş əraziyə gedərək intihar edib.
Cinayətin təfərrüatları barədə bildirilib ki, tərəflər arasında bu gün boşanma məhkəməsi olub. Buna qəzəblənən R.Məmmədov rayonun Veyisli kəndində öncə qayınanasının üzərindən avtomobillə keçib. Qadın aldığı xəsarətdən dünyasını dəyişib. Daha sonra S.Məmmədovanı qətlə yetirib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.