Gəncə çayının dərəsinə sürüşüb düşən yeniyetmə xilas edilib.
Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Davud Sabir oğlu Quluzadə ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.