SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Gəncədə ibtidai sinifdə qızlar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Gəncədə ibtidai sinifdə qızlar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

  • 01 oktyabr 2026, 14:14
Gəncə

Gəncədə 4-cü sinif şagirdləri arasında zəhərlənmə baş verib.

Yurd.media xəbər verir ki, Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə 5 şagird zəhərlənib. 

Onlar Abbas Səhhət adına Gəncə şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. Onların məktəbdə aldıqları qidadan zəhərləndikləri ehtimal edilir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.

Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. 

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. 

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Skat.az - Ev və Avtomobil elanları