Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində üç yaşlı uşağın barmaqlarının dəmir qapı arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.