Gədəbəydə 68 yaşlı kişi intihar edib.
Yurd.Media xəbər verir ki, hadisə Gədəbəy şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1958-ci il təvəllüdlü Zülfüqar Hüseynov özünü asaraq intihar edib.
Onun canına qəsd etməsinin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.