SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
FHN-dən güclü külək XƏBƏRDARLIĞI

FHN-dən güclü külək XƏBƏRDARLIĞI

  • 10 yanvar 2026, 16:56

Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları