SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Eldar Mahmudova bağlı olan MMC loqistika şirkətindən 42 min manat tələb edir

Eldar Mahmudova bağlı olan MMC loqistika şirkətindən 42 min manat tələb edir

  • 16 yanvar 2026, 11:57

“İndigo” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) “Mobil Logistics” MMC-ni məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İndigo” ekspedisiya müqaviləsinin ləğv edilməsini və “Mobil Logistics"dən 42 min manata yaxın pulun ödənilməsini tələb edir.

Belə ki, bu məbləğə iddiaçı tərəfindən ödənilmiş 7086  manat razılaşdırılmış cərimə əvəzi, daşıma haqqı olaraq ödənilmiş 14479 manat məbləğində kompensasiya əvəzi, ödənilməli olan məbləğ üzrə hesablanmış 269 manat illik faiz, habelə 3 aylıq əldən çıxmış fayda olaraq 15000 manat, əlavə təzminat kimi 5000 manat məbləğində pul vəsaiti daxildir.

Bundan əlavə “İndigo" iddia ərizəsində hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 2000 manat məbləğində ödənilmiş pul vəsaiti və 408 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia qaldırıb.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Qeyd edək ki, "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir, qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

İddialara görə, "İndigo” MMC şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir.

Şirkətin üçüncü payçısı isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyinin olduğu və bu baxımdan, şirkətin həm də Eldar Mahmudovun hesab edildiyi bildirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları