Bakıda yanğının tikililərə keçməsinin qarşısı alındı.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Bakının Sabunçu rayonunda açıq ərazidəki yanğın söndürülüb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilib ki, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.