Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media-nın məlumatına görə, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun rayonun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq kənara aşıb.
Qəza zamanı avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.