Hacıqabul rayonunda 15 hektar sahədə kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.